Reklam verin!
     
 

Qərbi Azərbaycan Haqqında

Bir yumruq altında birləşmək...

Heyvan sevgisi

Davamı...
Azerbaycanim     Aprel 26, 2008 7:53
Şərhlər(0)    72 oxunma
Wallpapers    

Öləsən ay qız...

Qiz İnanmıram gözdən axan  yaşına,
Görüm kubik daşı düşsün başına.
Səni çatmayasan 20 yaşına
19 yaşında öləsən ay qız.

Davamı...
Azerbaycanim     Mart 16, 2008 17:48
Şərhlər(0)    114 oxunma
Sevgi    

Kaybolan yillar

kaybolan_yillar

Davamı...
Azerbaycanim     Mart 15, 2008 15:00
Şərhlər(0)    72 oxunma
Mahnilar    

COVDAROĞLU AŞIQ

COVDAROĞLU AŞIQ MƏHƏMMƏDLƏ GÖRÜŞÜM Vaxtil ə ustad asıqlar kimi tanınan, indilərdə müəyyən səbəblərdən radio, televiziya efirlərində səslənməyən, mətbuat səhifələrində görünməyən, belə demək mümkünsə. unudulmaqda olan sənətkərların, aşıqları axtarışlarındayam. Od külün altında gizləndiyi kimi, bölgələrimizdə, ucqar rayonlarımızda onlarca ustad asıqlarımız yaşayır. Onlar xalqımızın boyük potensial gücünü öz yaradıcılıqlarında qoruyur, yaşadır. Е1ə məni Tovuza - Çovdaroğlu aşıq Məhəmmədlə görüşə gətirən də bu istək oldu. Bu yolda mənə yol göstərən, qolumdan tutan, könlümdə işıq yandıran boyük alimimiz, yorulmaz tədqiqatçı, folklorçu Məhərrəm Qasimlının xeyir-duası,və «Ozan aşıq sənəti» kitabı oldu. Bu cətin axtarışlarıma isıq tutdugu üçün, ustadım Məhərrəm Qasımlıya bir şagird ehtiramımı bildirirəm. Davamı...
Azerbaycanim     Mart 7, 2008 17:07
Şərhlər(0)    69 oxunma
Mədəniyyətimiz    

İrəvan Toponimi

Dilimiz tariximizin şəhadətidir

Bir daha İrəvan toponiminin tarixi haqda

 Bu gün hayların yaşadığı coğrafi ərazi heç vaxt erməniyə aid olmayıb. Bu ərazilər tarix boyu türk yurdu kimi tanınıb və qəbul edilib. Bunu deməklə əslində kiməsə tarix dərsi keçmək fikrində deyiləm. Sadəcə olaraq tarix bunu sübut edir, edib, edəcək. İrəvanın tarixi və bölgədəki yer-yurd adları, bu yerlərin aborigen əhalisi azər, türk boyları ərazinin erməniyə heç bir aidiyyatı olmadığını sübut edir. İrəvan -indi olub Yerevan, bütün qədim türkün yaşadığı ərazi də Ermənistan. Dənizdən-dənizə böyük Ermənistan xülyasına düşən erməni bəlkə də böyük türkün şanlı tarixindən xəbərsiz deyil. Amma erməni məkri, hiyləsi artıq uzun müddətdir ki, torpaqlarımızın erməniləşdirilməsi siyasətini özünə məqsəd tutub. Zaman-zaman İrəvandakı yer-yurd, kənd, çay adları erməniləşdirildi.
Bu azmış kimi, erməni alimləri indi də ümumən Azərbaycan dilini şübhə altına almağa çalışır, Azər etnosunun fars mənşəli olduğunu sübut etməyə cəhd göstərirlər. Professor Firudin Cəlilov bu məsələyə aydınlıq gətirdik

  Belə yazıların müəllifləri peşəkar alimlər deyil. Əgər içərilərində professionallar varsa, bunlar da siyasi sifarişlə işləyənlərdi. Azər etnosunun farsa dəxli yoxdur, ona görə ki, farsların ulu əcdadlarının bugünkü İrana, fars körfəzi ətrafına gəlmə tarixi bəllidir. Bunu iranşünaslar da, dünya elmi də qəbul edir. Heç kim də, bunun əksinə getmir. İran dilli tayfalar bu ərazilərə ən tezi miladdan öncə 9-8-ci əsrdə gəliblər. Amma Azər sözünün Güney Azərbaycanda, Assur qaynaqlarında, yazılı qeydə alınması bir neçə əsr qabaqdır. Təkcə bu fakt, xronoloyi sistem baxımdan onu göstərir ki, Azər sözü irandilli ola bilməz. Digər maraqlı bir fakt da budur ki, hətta Qurani-Kərimdə İbrahim Peyğəmbərin atasının adı Azər kimi verilib. İbrahim Peyğəmbərin də Güney Azərbaycandan hicrət etməsi haqqında tarixi qaynaqlarda bilgilər var.
 zər sözünün başqa dillərə aid olmasını sübut eləyəsi bircə dəlil də yoxdur. Onu da demək lazımdır ki, başqa dillərdə türk sözlərindən geniş istifadə edilir. Bu gün ingilis dilində "yogurt" sözü işlənir. Bu ingilis sözü deyil. Bu bizim doğma sözümüzdür. Vaxtı ilə ingilislərin dilinə keçib.
  Əsərlərinizdə qeyd edirsiniz ki, İrəvan, İrəvan ətrafı bölgələrin əhalisi əsasən Azərilər olub. Bu iddianın arxasında hansı elmi dəlillər dayanır?
  Adətən İrəvan sözünü, Rəvanqulu xanın adıyla bağlayırlar. Rəvanqulu xandan 2 min il əvvəl bu şəhər mövcud idi. İrəvan sözündən başlayım. İrəvan sözü qədim türkcədədir. Amma şəkilçisi türkcə deyil. Ona görə ki, o şəhəri salanlar türk ölkəsində salıblar, amma bu şəhəri salanlar urartululardı. Miladdan öncə 8-ci əsrdə urartulular Araz çayını keçib, Güneydən gəlib İrəvan çuxuru adlanan ərazini zəbt ediblər. Daşların üzərində yazılar qoyublar ki, biz bu düşmən ölkəsini zəbt elədik. Düşmən ölkəsinin də adını Az- ölkəsi kimi verirlər. Yəni Az tayfalarının ölkəsini düşmən ölkəsi hesab edirlər, bu düşmən ölkəsinə gəlib bir neçə qalalar da tikirlər. Bu qalalar sonralar şəhərlərə çevrilir. Məsələn, indiki Artaşatın yerində Argiştixilini şəhərini salırlar. İndiki İrəvan şəhərinin yerində İripuni şəhərini salırlar. Bu qalaları salanlar bayaq dediyim kimi urartulular idi. Argişti urartuluların şəhərinin adıdır. O vaxt yerli tayfaların dilində İripuni "ər evi, əsgərlər evi" anlamına gəlib çıxır. İrəvan çuxurunun tarixinə nəzər salanda görürük ki, Azəri türklərinin ulu babaları ən qədim vaxtlardan burada yaşayıblar.
 rəvan çuxuru adına gəldikdə isə, buna bəzən çuxur-oba, çuxur-sədd də deyiblər. Hətta Urartu qaynaqlarında Quarliki kimi qeyd edilir. Quarliki, çuxur oba, çuxur sədd anlamındadır. Erməni yazılarında bu ərazinin adı çuxur-sakat gedir. Sakat da qədim sak tayfalarının adıyla bağlıdır. Ən maraqlısı da odur ki, arxeoloyi qazıntılar zamanı Yesseyan və Poqrebov adlı arxeoloqlar skif, sak, mədəniyyətinin izlərini arayıb və onun xəritəsini veriblər. Bu arxeoloqların verdiyi xəritə miladdan öncə 7-6-5 əsrləri əhatə edən dövrdə Sak arxeoloyi mədəniyyətini göstərən xəritədi. Bu xəritədəki nöqtələrin hamısı Dədə-Qorqud boylarında adı gedən coğrafi ərazilərin adını əhatə edir. Bu, onu göstərir ki, Dədə Qorqud oğuznamələri o vaxt həmin bu oğuz tayfaları olan sakların içində yaranıb və bu dövlətin mərkəzi Göyçə gölü ətrafındadı, ancaq sərhədləri genişdir: Borçalıdan, Axıskaya, Azərbaycanın Şərq bölgələrindən, Urmiya gölünə qədər. İndi bu ərazilər, təkcə Sakların yaşadıqları ərazilər yox, bütöv Azərbaycanın ərazisi kiçildilib.
  Firudin müəllim, siz Göyçədəki "Bəlgə" daşı deyilən abidənin üzərindəki qədim yazını oxumusunuz; nədən xəbər verir o mətn?
  "Azər xalqı" kitabının axırıncı nəşrində bu haqda məlumat vermişəm. Azərbaycanda yazı nümunələri damğalardan başlayır. Bu damğalar təkcə Azərbaycana deyil, bütün türk etnosuna aiddir. İlk yazı nümunələri damğalardan başlayır, sonra isə yazıya çevrilir. Müəyyən dövrlərdə Azərbaycanda müxtəlif əlifbalar işlənib. Bunun qalıqları indi də tapılır. Hətta Aramey əlifbasına, yunan əlifbasına, Qobustanda latın əlifbasına, hətta mixi yazılara da rast gəlmək olur. Amma yenə deyirəm, yazı nümunələrimizin - ən qədimi damğalardı. Bu yazılar-damğalar o vaxtlar orta Asiyaya qədər yayılıb. Azərbaycanda bu yazıların bərk cism üzərində yazılmış nümunələri çoxdur. Bir də var runik yazılar. Runik yazıları bu günə qədər yaşadan bizim xalçalarımızdı. Xalçalarda runik yazıların kolleksiyası öz əksini tapır. Azərbaycan ərazisində qədim yazıları işləyərkən əlimə Aramey hərfləri ilə yazılmış bir-iki bilgi keçdi. Sonra bunun haqqında çox yazılar oxudum. Daş üstəki yazıları Əlisa Şükürov da, rəhmətlik Həmzə Vəli də, digər alimlər də oxuya bilmişdilər. Hamı bunun Aramey əlifbasında yazıldığını etiraf edir. Doğrudan da bu hərflər Aramey əlifbasının hərfləridi. Aramey əlifbası da Azərbaycanda bir müddət işlənib. Hətta əhəmənilər dövlət quranda ilk yüz il ərzində hakim dil Aramey dili olub.
 əni bu Aramey dili saray dili idi. Bütün regionda da yayılmışdı. Bu yazını o zaman Ərməniyyə kimi təsniflənən coğrafi ərazidə ilk dövlət quran Artaşest adlı şəxsin adı ilə bağlayırlar (haylar bu ölkəyə sonradan gəldilər - red.). Artaşest Selevki dövlətinin canişinlərindən biri idi. O vaxt Selevki sülaləsi məğlub olub dağılanda Artaşest özünü müstəqil dövlətin çarı kimi elan elədi. Qədim yazılar isə Göyçənin iki kəndindən tapılıb. O yazılar Artaşestin mərz daşlarının, yəni sərhəd daşlarının üzərindəki yazılardı. Bu daşlardan biri 1906-cı ildə, digəri isə 1932-ci ildə tapılıb. Bu yazıları alimlər zaman-zaman oxumaq istəyiblər. Aramey əlifbasında tapılan bu yazı Artaşestin dövründən qalma yazı olduğu üçün ilk cümlədə də, Artaşestin adı gedir. Yunan deyim formasında, Artaxşose. Bu yazının Aramey əlifbası olması, daşın Artaşest dövründən qalması qəbul olunur. Amma bu yazını oxumaq mümkün olmayıb. Çünki, ermənilər, fars yozsalar da heç bir məna verməyib. Alimlər etiraf edir ki, bu Aramey əlifbasıyla yazılmış bir yazıdır, amma dili bəlli deyil. Bu yazı nə erməni, nə fars, hətta Aramey dilində heç bir məna vermədi. Bəzi alimlər də deyir ki, guya yerli tayfaların birinin dilində yazılıb. Ancaq heç kimin ağlına gəlməyib ki, bu Göyçə ətrafında tapılıb, ona görə də bunu türkcə oxumaq lazımdır. Bu yazını mən oxuyanda gördüm ki, çox aydın şəkildə yazılıb. Bu Artaşest məliyin mərz daşıdı. Aramey hərfləriylə belə yazılıb: "Artaşaxse Məliy biləyi Yeritir, bunda Qonğuldu". Bu isə təmiz qədim türkcə danışıq dilidi. Özü də çox anlaşıqlı bir dildi.

 Savalan Talıblı
Azərbaycan Radiosu "Xalq yaradıcılığı" redaksiyasının əməkdaşı


Azerbaycanim     Fevral 18, 2008 23:42
Şərhlər(0)    96 oxunma
Qərbi Azərbaycan    

DEPUTATLAR QƏRBİ AZƏRBAYCAN TORPAQLARINA BEYNƏLXALQ SƏVİYYƏDƏ İDDİA QALDIRMAĞI TƏKLİF EDİBLƏR

Parlamentin bugünkü iclasında bir sıra deputatlar hazırda Ermənistan Respublikasının ərazisi kimi tanınan qərbi Azərbaycan torpaqlarına beynəlxalq səviyyədə iddia qaldırmağı təklif ediblər. Onlar təklifi verərkən prezident İlham Əliyevin bu yaxınlarda Ağdamda söylədiyi nitqdən çıxış ediblər. Həmin nitqində İ.Əliyev İrəvan şəhəri də daxil olmaqla hazırkı Ermənistanın bəzi ərizilərinin Azərbaycan ərazisi olduğunu, amma Xalq Cümhuriyyəti dövründə yol verilmiş səhv ucbatından Ermənistana bağışlandığını söyləmişdi. Qərbi Azərbaycan torpaqlarına beynəlxalq səviyyədə iddia qaldırmaq təklifini ilk olaraq YAP icra katibinin müavini Siyavuş Novruzov irəli sürüb. Digər deputatlar, o cümlədən YAP-ın icra katibi Əli Əhmədov, YAP Siyasi Şurasının üzvü Yaqub Mahmudov, Anna Vətən Partiyasının sədr müavini Zahid Oruc təklifi dəstəkləyib. Milli Məclisin sədri Oqtay Əsədov da bu deputatlarla həmrəy olduğunu vurğulayıb. Nəticədə həm bu məsələ ilə bağlı, həm də ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi əməllərin, ərazi iddialarının cavablandırılması üçün komissiya yaratmaq qərara alınıb. Komissiyaya Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov rəhbərlik edəcək.
Azerbaycanim     Fevral 14, 2008 14:13
Şərhlər(0)    59 oxunma
Qərbi Azərbaycan    

“Qərbi Azərbaycan abidələri”

“Qərbi Azərbaycan abidələri” Bu kitabın təqdimat mərasimində deyildi ki, Ermənistanda soyqırımına məruz qalan abidələrimiz haqqında yazılan belə sanballı nəşrlərə hər zaman ehtiyac var Dünən Muzeylər Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə beş dildə nəşr edilən “Qərbi Azərbaycan abidələri” kitabının təqdimat mərasimi keçirildi. Məlumat üçün qeyd edək ki, ötən il kitabın Azərbaycan dilində nəşrinin təqdimatı keçiriləndə Mədəniyyət və Turizm Nazirliyi həqiqətlərimizin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün onun bir çox dillərdə nəşr olunmasının zəruriliyini bildirmişdi. Kitabda qədim Türk-Oğuz yurdu olan Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki Azərbaycan xalqına məxsus maddi- mədəniyyət abidələri haqqında məlumat verilib. Mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın tarixi, xalqımızın başına faciələrin, bəlaların gətirilməsi haqqında dolğun məlumat verdi. Tarixi faktlar təsdiqləyir ki, azərbaycanlılar və türklər müxtəlif dövrlərdə ermənilərin soyqırımı və deportasiya siyasətinə məruz qalıb. “Böyük Ermənistan” iddiasında olan erməni millətçiləri havadarlarının dəstəyi ilə Azərbaycan xalqının başına müsibətlər gətirmiş, faciələr törətmişlər. Lakin daşnaklar tarixi saxtalaşdırmaqla dünya ictimaiyyətini yalanlarına inandırmaq yolunu tutmuş, buna qismən də olsa nail olmuşdular. Təbii ki, bu, Azərbaycan diasporunun, ideoloji təbliğatımızın zəif olmasından irəli gəlirdi. 20 faiz torpağı işğal altında qalan, bir milyondan artıq soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan tərəfi olduğu halda ermənilər lobbi və diasporlarının gücü sayəsində beynəlxalq aləmdə Azərbaycan haqqında işğalçı dövlət imici yaratmağa çalışmışlar. Etiraf etmək lazımdır ki, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başımıza gətirilən faciələrə siyasi qiymət verilmişdir. Kitabın girişində ümummilli liderimizin həqiqəti özündə əks etdirən bu fikri qeyd olunub- “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən- min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.” Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanına əsasən 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması bir daha keçmişə nəzər salmağa, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmağa imkan yaratdı. Natiq bu günlərdə Bakıda keçirilən Dünya Azərbaycan və Türk diaspor rəhbərlərinin I Forumundan bəhs edərək, Prezident İlham Əliyevin bu fikrini diqqətə çatdırdı: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyincə Qərbi Azərbaycan torpaqlarının aqibəti məlum olmayacaq.” Nazir vurğuladı ki, Azərbaycanlıların soyqırımı günü ərəfəsində toplaşmaqla bir daha bu fikri dəstəkləyir, tarixi elmi əsaslarla sübut edir, dünya ictimaiyyətini erməni yalanlarını ifşa etməyə çağırırıq. Ə.Qarayev ötən il YAP Siyasi Şurasının və Qaçqın və Məcburi köçkünlərlə İş üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə “Qərbi Azərbaycan abidələri” kitabının Azərbaycan dilində nəşrinin təqdimatından bəhs edərək, bildirdi ki, həmin dövrdə yeni yaradılmış Mədəniyyət və Turizm Nazirliyi bu kitabın müxtəlif dillərdə nəşr edilməsinin vacibliyini önə çəkdi. Bu gün həmin kitab beş- Azərbaycan, rus, fransız, ingilis, alman dillərində çap olunub. Bu addımın atılması bir daha sübut edir ki, İrəvan xanlığı, Qərbi Azərbaycan, müxtəlif mahallar məhz Azərbaycan xalqına məxsusdur, Azərbaycan tarixi bu torpaqlarla bilavasitə bağlıdır və bu tarix bizdən ayrılmazdır. Kitabın yeni nəşrinə xeyli təzə materiallar daxildir. 180-ə qədər tarixi abidə haqqında məlumat var. Ə.Qarayev kitabın müəllifi Əziz Ələkbərlini, redaktorlarını, məsləhətçilərini, rəyçiləri, bütün Azərbaycan ictimaiyyətini təqdimat münasibətilə təbrik etdi. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək, Azərbaycanın 1993-cü ildən bəri diplomatiya sahəsində qazandığı uğurlardan danışdı. Bildirdi ki, ermənilər diasporlarının gücü sayəsində beynəlxalq aləmdə özləri barədə “yazıq, məzlum, əzilən və döyülən”, azərbaycanlılar, türklər haqqında isə “zalım” millət, xalq imici formalaşdırmaq üçün cəhdlər göstərmişlər. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ətrafında mövcud olan informasiya blokadası yarıldı, dünya həqiqəti olduğu kimi qəbul etməyə başladı. Ermənilərin ic üzü beynəlxalq ictimaiyyətə açıqlandı. Ə.Həsənov ölkəmizin bütün sahələrdə inkişaf yolunda olduğunu qeyd edərək, mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu önə çəkdi. Bildirdi ki, Azərbaycanın siyasi, iqtisadi, diplomatiya sahəsində uğurları bu problemimizin həllinə böyük zəmin yaradır. Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, professor Nizami Cəfərov, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Əliyev, akademik, AMEA-nın Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov, filologiya elmləri doktoru, professor Həsən Mirzəyev çıxış edərək, bildirdilər ki, “Qərbi Azərbaycan abidələri” indiki Ermənistan ərazisində qalan maddi- mədəniyyət nümunələrimizdən xəbər verən dəyərli bir kitabdır. Dünya bilməlidir ki, Ermənistan ərazisində yerləşən və bu gün dünya ictimaiyyətinə “qədim erməni abidələri” kimi təqdim olunan bütün yeraltı və yerüstü maddi- mədəniyyət nümunələri Azərbaycan xalqına məxsusdur. Vurğulandı ki, Azərbaycan həqiqətlərini özündə əks etdirən bu kimi kitabların nəşrinə böyük ehtiyac var. Tədbirdə Misir, Belarus, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstan və digər ölkələri Azərbaycanda təmsil edən fövqəladə və səlahiyyətli səfirlər də iştirak edirdilər. Sonda Azərbaycanın tarixi mədəni irsinə daxil olan Qərbi Azərbaycan abidələrini əks etdirən foto və eksponatlardan ibarət sərginin açılışı oldu.
Azerbaycanim     Fevral 12, 2008 10:34
Şərhlər(0)    89 oxunma
Qərbi Azərbaycan    

  Yazılar cəmi: 11    Sonrakı səhifə »
Azerbaycanim
Hansi komandaya azerkeslik eleyirsiniz.




west 
  • İndi blogda: 1
  • Keçən ayın hiti: 640
  • Dünənki hit: 16
  • Bugünki hit: 3
  • Ümumi hit: 3054


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com