Bir yumruq altında birləşmək...
Arcut -İrəvan quberniyasının Loru-Pəmbək qəzasındı, indi Quqark rayonunda kənd. Kirovakan şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xaritəsində Arçut kimi qeyd edilmişdir (348, s.21). Kənddə 1831-ci ildə 137, 1873-cü ildə 357, 1886-cı ildə 477, 1897-ci ildə 574, 1914-cü ildə 759 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). Kəndin sakinləri 1918-ci ildə erməni təcavüzünə mə’ruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə 697, 1926-cı ildə 820, 1931-ci ildə 886 (415, s.51, 131), 1939-ci ildə 1052, 1959-cu ildə 1295, 1970-ci ildə 2009, 1979-cu ildə 2172 nəfər (427, s.484) azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabrında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşdur. İndi kənddə ermənilər məskunlaşıb.
Toponim artuç (ardıc -İ.B.) bitki adı (299, s.57) əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir.
1988-ci ilin noyabrında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşdur. İndi kənddə ermənilər məskunlaşıb.
Toponim artuç (ardıc -İ.B.) bitki adı (299, s.57) əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir.
Açar sözlər:
Yazar: Azerbaycanim | Tarix: Yanvar 16, 2008 23:43 | Qərbi Azərbaycan |
Şərhlər(1) | Baxış sayı: 114


salamlar
Fevral 17, 2008 2:33men isterdim ki bu saytda her heftenin 3cu gunu seher saat 10-10da yayimlanan azerbaycan dovlet radiosunun efirinde 88-00 FMDE
IREVAN CUXURU VERLISINI DINLEYESINIZ
CUNKI BU VERLIS QEDIM YURDUMUZ IREVANIN TARIXIYLE BAQLIDIR
IREVAN CUXURU ESL QERBI AZERBAYCANLILARIN HARAYINA SES VEREN VERLISDIR
BUTUN IREVANLILAR VERLISIN APARICISI HEMDE MUELLIFI SAVALANA DESTEK OLMALIDIR
CUNKI HELE INDIYENE KIMI AZERBAJCAN EFIRINDE IREVAN TARIXI EDEBIYYATTI ASIQ SENETI MUSIQISI BAREDE HEC KIM ETRAFLI MELUMAT VERMEYIB
BU VERLLS SILSILE SEKILDE HER 3CU GUN SESLENIR
DINLEYIN ZOVQ ALACAQSINIZ