Bir yumruq altında birləşmək...
Gerçək adı; Ronaldo de Assis Moreira amma kimiləri Ronaldinho Gaúcho olaraq tanıyır ya da bütün Dünyanın bildiyi adıyla sadəcə Ronaldinho.. Brazilyanın ana dili olan Portuqalca Ronaldinho kəliməsi “kiçik Ronaldo” anlamına gelir. Kiçikikən Interdə top qovan və pərəstişkarı olduğu Ronaldo səbəbiylə Ronaldo de Assis Moreiraya bu ad verilmişdir. Ronaldinho 21 Mart 1980-ci ildə Brazilyanın Porto Alegro şəhrində, kasıb bir ailədə doğulub. 2005-ci ildə “Avropada İlin Futbolcusu” olan Ronaldinho, 2004-cü ildədə “FIFA Dünyada İlin Futbolcusu” mükafatını qazandı. Ancaq buralara gəlmək bu qədər də asan olmayıb. Əvvəllər bir futbolçu olan ancaq daha sonra ailəsini dolandırmaq üçün Gremio Football Portoalegrensedə avtomobil dayanacağını idarə edən atası Joao Da Silva Moreira, çimdiyi hovuzda boğularaq həyata gözlərini yumdu. Ronaldinho 8 yaşında idi. Menecer olan qardaşı Assis futboldan qazandığı pul ile ailəni dolandırmağa çalışırdı. Ronaldinho, kasıbçılığın yaşandığı Rio Grande do Sulda ilk əvvəl çimərlik futboluna addım atdı. Ronaldinhonun qardaşı Assis, kiçik qardaşının topla nələr edə biləcəyini bildiyi vaxtda geridə qoyduğu illərdə qazandığı təcrübə ilə Ronaldinhonun meneceri olmağa qərar verdi. Assisin bu qərarı və kiçik yaşda insanların rəğbətini qazana bilən Ronaldinhonun bacarığı, yaxşı iş birliyinin və sərvətin qapılarını aralayan ilk addım oldu. Qısa bir vaxtda ortaya qoyduğu oyunu ilə Brazilya 17 yaşlıları çimərlik futbolu milli komandasına, U17yə seçildi. 1998-ci ildə sadəcə 4 oyuna çıxan və qol vura bilməyən gənç yetənək, bir il sonra qumun havasını üzərindən atıb, yaşıl meydançada oynamağa başladığında, çıxdığı 17 oyunda atdığı qollar və verdiyi paslarla şəhərinin komandasını qürurlandırmağa başladı. İkinci ilində 5, üçüncü ilində də 8 qol vuran Ronaldinho, bu ilin Brazilyadakı son ili olduğunu bilmirdi.1999-cu ildə Wanderley Luxemburgonun meşqiçilik etdiyi milli komandaya çağırılan Ronaldinho eyni il, 26 İyunda, ulduzların daşıdığı samba formasını geyindi və ilk beynəlxalq golunu Venesuellaya vurdu. Qısa vaxtda Cənubi Amerikanın məhşur futbolcuları Ronaldinhonun nə qədər bacarıqlı bir futbolcu olduğunu Avropadakı kulubların menecerlərinə söyləməyə başldılar.Ilk təklif Leeds United klubundan, sonrakı təklif PSV Eindhoven gəldi. Lakin Gremio klubu Ronaldinhonun başqa kluba keçməsinə razı deyildi. Buna baxmayaraq üçüncü qapını döyən Fransanın Paris Saint German klubu Ronaldinhonun bu komandaya keçməsinə nail oldu. Bundan sonra Barcelona 27 milyon Euro qarşılığında, Brazilyanın yaxın zamanda Dünya futboluna damgasını vurması gözlənilən ulduz futbolçu Ronaldinhonu rəsmən Kataloniyanın rəngləring bağladığını 19 Iyul 2003-cü ildə duyurdu.. 


Açar sözlər:

