Bir yumruq altında birləşmək...
Parlamentin bugünkü iclasında bir sıra deputatlar hazırda Ermənistan Respublikasının ərazisi kimi tanınan qərbi Azərbaycan torpaqlarına beynəlxalq səviyyədə iddia qaldırmağı təklif ediblər. Onlar təklifi verərkən prezident İlham Əliyevin bu yaxınlarda Ağdamda söylədiyi nitqdən çıxış ediblər. Həmin nitqində İ.Əliyev İrəvan şəhəri də daxil olmaqla hazırkı Ermənistanın bəzi ərizilərinin Azərbaycan ərazisi olduğunu, amma Xalq Cümhuriyyəti dövründə yol verilmiş səhv ucbatından Ermənistana bağışlandığını söyləmişdi.
Qərbi Azərbaycan torpaqlarına beynəlxalq səviyyədə iddia qaldırmaq təklifini ilk olaraq YAP icra katibinin müavini Siyavuş Novruzov irəli sürüb. Digər deputatlar, o cümlədən YAP-ın icra katibi Əli Əhmədov, YAP Siyasi Şurasının üzvü Yaqub Mahmudov, Anna Vətən Partiyasının sədr müavini Zahid Oruc təklifi dəstəkləyib.
Milli Məclisin sədri Oqtay Əsədov da bu deputatlarla həmrəy olduğunu vurğulayıb.
Nəticədə həm bu məsələ ilə bağlı, həm də ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi əməllərin, ərazi iddialarının cavablandırılması üçün komissiya yaratmaq qərara alınıb. Komissiyaya Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov rəhbərlik edəcək.
Açar sözlər:

