Bir yumruq altında birləşmək...
İnanmıram gözdən axan yaşına,
Görüm kubik daşı düşsün başına.
Səni çatmayasan 20 yaşına
19 yaşında öləsən ay qız.
Titrətmə aldıqca xəstə canını
Ağacda yarpaq tək əsəsən ay qız.
Axırda tapmayıb başqa halını
Özün öz başını kəsəsən ay qız.
Sevib-sevilmiyəsən cavan yaşında
Yanında uşağın deməsin ana.
O,gözəl gəncliyin çevrilsin qana.
Sakit bir gecədə öləsən ay qız.
Bilməyəsən dünyada toy-büsat nədir.
Yengələr tökməsin başına ətir.
Həmişə sirdaşın olsun tək səbir.
Sevinc yox,intizar çəkəsən ay qız.
Mənim sözlərimi qəbul etmədin
Səni gözü yaşlı qalasan ay qız.
Üçillik məktəbi vurasan başa
Təyinat əlinda öləsən ay qız.
Dörd yanını şüşə dərman bürüsün.
Dostların ağlasın,düşmənin gülsün.
Qalmasın yanında bir körpə uşaq.
Övlad həsrətiyla öləsən ay qız..!
Qeyd: Əməyə hörmət..!
Açar sözlər:
COVDAROĞLU AŞIQ
MƏHƏMMƏDLƏ GÖRÜŞÜM
Vaxtil ə ustad asıqlar kimi tanınan, indilərdə müəyyən səbəblərdən radio, televiziya efirlərində səslənməyən, mətbuat səhifələrində görünməyən, belə demək mümkünsə. unudulmaqda olan sənətkərların, aşıqları axtarışlarındayam. Od külün altında gizləndiyi kimi, bölgələrimizdə, ucqar rayonlarımızda onlarca ustad asıqlarımız yaşayır. Onlar xalqımızın boyük potensial gücünü öz yaradıcılıqlarında qoruyur, yaşadır. Е1ə məni Tovuza - Çovdaroğlu aşıq Məhəmmədlə görüşə gətirən də bu istək oldu. Bu yolda mənə yol göstərən, qolumdan tutan, könlümdə işıq yandıran boyük alimimiz, yorulmaz tədqiqatçı, folklorçu Məhərrəm Qasimlının xeyir-duası,və «Ozan aşıq sənəti» kitabı oldu. Bu cətin axtarışlarıma isıq tutdugu üçün, ustadım Məhərrəm Qasımlıya bir şagird ehtiramımı bildirirəm.
Dediyim kimi dəyərli alimimiz Məhərrəm Qasımlının «Ozan aşıq sənəti» kitabından diqqətimi ustad bir aşıq, Gəncəbasar aşıq mühitinin layiqli yetirməsi, aşıq Əsəd Rzayevin şəyirdi Çovdaroğlu aşıq Məhəmməd çəkib.Bir də ona görə ki, uzun vaxtdı ki, bu aşığın səsi-soragı gəlmirdi.
Amma aşıqsevərlər indi yaşı 90-na çatan aşıq Məhəmməd Çovdaroğlunun zənguləli, şaqraq səsini yaxşı xatırlayırlar. Ustad aşığımızın səsinin vurğunları irəvanda, Göyçədə, Borçalıda, Şirvanda, eləcə də digər bölgələrimizdə çox olub, çox məclislər yola verib, çox uzun gecələri səhərə açıb.
Bu yaxınlarda professor Məhərrəm Qasımlıyla bir neçə dəqiqəlik görüşüb söhbətləşdik. Söhbət yenə də Çovdaroğlunun üstünə gəldi.
Məhərrəm müəllim: «Heç bilirsən о kişidə nələr var? О bir axar çaydı axdıqca axir, - dedi, mütləq imkan tap get görüş, əsil xəzinə üstə çıxacaqsan».
Beləcə ustad sözüylə ustad görüşünə yollandım. Düzdür, həmin gün hava soyuq idi. Bütün bölgələrimizə güclü qar düşən günü deyirəm, yollar buz bağlamışdı, evdən çölə çıxmağı heç kim rəva görmürdü: Mən isə qəti qərara gəlmisdim ki, növbəti verilişim üçün gedib Məhəmməd Çovdaroğlunun səsini yazmalıyam. Səfərə çıxmaq üçün əlverişli hava səraiti olmasa da mon yola çıxdım, necə deyərlər, yolçu yolda gərək, deyib yollandım Tovuz rayonuna. Sazlı, sözltü Tovuza çatanda Yuxarı Öysüzlü kəndinə nесə getməyi soruşdum. Rayonun mərkəzindən söyladilər ki, yollar buz baglayıb, ora getmək çətinlik törədər. Amma məni Tovuz rayon sakini saz-soz vurgunu Mikayil müəllim Çovdaroğlu aşıq Məhəmmədin yaşadıgı Yuxarı Oysüzlü kəndinə apardı. Mikayıl müəllim də təsdiqlədi ki, Tovuz ustad aşıqların yurdudu, aşıq Məhəmməd Çovdaroğlu da bu yurdun övladıdı, gözəl sənətkardı. Gənclik illərində bir gün də olsun, onu kənddə tapmaq mümkün deyildi, daim Tovuzda, Tovuzun kəndlərində, başqa bölgələrdə, toylarda çox olub. Bəri başdan onu deyim ki, imzasında yaşatdığı Çovdaroğlu təxəllüsü dədə-baba halal şəcərəsidir. Taxılçılıqnan məşğul olduqları ücün Çovdaroğluları deyin tanınıblar.
Mikayil müəllimlə düz aşıq Məhəmməd Çovdaroğlunun yaşadığı evə gəldik. Bəxtimiz onda gətirdi ki, kişi evdəydi, onu da qeyd etmək istəyirəm ki, Çovdaroğlu Məhəmməd hal-hazırda kəndin, kəsəyin yas mərasimlərində iştirak edir, elə bu səbəbdən də onu evdə az-az tapmaq olur. Bizi isə Çovdaroğlu Məhəmmədin ozü qarşıladı. Hal-əhval tutduq. Mikayıl müəllim:
-Ay Məhəmməd dayı, Savalan dövlət radiosunun «Xalq yaradıcılığı» redaksiyasının əməkdaşıdı, gəlib gorüşünüzə dedi.Çovaaroğlu aşıq Məhəmməd isə mən Savalana qulaq asıram, - dedi. Bir neca gün bundan öncə də aşıq Məhəmməd Sadaxlı haqqında verilişini dinləmişəm, boyük zövq almışdım. İndi də lap yerinə düşüb gorüşümüz. Dağ-dağa rast gəlməsə də insan-insana rast gələr. Yaxşı yerinə düşüb gorüşümüz. Bir də ki, qapıda niyə durmuşuq, кeçəк içəri.
Qapıdan otağa daxil olanda otağın divarında aşığın gənclik illərindən xatirə şəkli asılmışdı. Diqqətlə şəkilə baxırdım, qıraqdan isə ev yiyəsi Çovdaroğlu Məhəmməd məni seyr edirdi. Mən, şəkildəki sizsiniz,- sualını verməmişdən qabaq, dedi ki, bax bu mənəm, əsgərlikdən sonra çəkilib, 46-cı ildə. İndi artıq о şəkildəki gənclik illərindən bir əsər-əlamət qalmayıb. Qocaldıq, ay bala, - deyib, bir azca da kövrəldi. Yarızarafatla ustad aşığımıza kim yüz il yaşamasa, günah onun ozündədir, -dedim.Gülümsədi də.
Söhbətimiz başladı. Ustadı ozanlar ozanı aşıq Əsəd Rzayevlə ilk tanışlığı haqda soruşdum.Dedi ki, Aşıq Əsəd Rzayevin yanına hərbi xidmətdən sonra gəldim.
Xatırlatmaq istərdim ki, bir vaxtlar aşıqların sazında oxunan , eldə-obada , böyükdən kiçiyə hamının əzbər bildiyi tez-tez səslənən ağır qanlı müharibədən əks –səda kimi qalan, yarı-ciddi yarı-zarafat söylənilmiş “adı Tamara sestra” gəraylisidə aşıq Məhəmməd Çovdaroğluna məxsus imiş.
xəstələrin şəfasısan,
elə dərdə çara sestra,
mən nə halda,sən nə halda,
agrıyır yara sestra
az deyil ki,yaram çoxdu
tərpənməyə halım yoxdu,
gör nə deyir sənə doxtur,
adı Tamara sestra
Məhəmmədin qəddin əyib,
nervisi var,düşüb zəif,
askol basıb,dərinə dəyib
verib damara sestra
-Soruşdum ki, hardan bu sənətə sizdə bu qədər böyük maraq və sevgi vardı?,sizdə qəti qərar verib aşıq olmaq istədiniz.
Pir olmuş qayıtdı ki, ay bala, atam məni həmişə uşaqlıqda özüylə toylara aparardı, о da aşıqların vurğunuydu. Məni ilk həvəsə gətirən, yönləndirən də məhz atam olub. Amma mən Əsəd Rzayevə şəyird gələndə atam qorxdu, ona görə ki, aşıq Əsəd Rzayev çox tələbkar idi. Dədə Ələsgərə şəyird olan aşıqa şəyird olmaq asan iş deyil. Atam qorxurdu ki, birdən mən ustadın tələbkarlığına tab gətirmərəm. Mən də bir gənc kimi atamın, həm də ustadımın başını uca tutmağı qarşıma məqsəd qoymuşdum. Beş il ona qulluq elədim, xeyli dastanlar, şeirlər, havalar öyrəndim. Beş ilim hədər getmədi. İndi də çox xoşbəxtəm ki, sənətə ustad şilləsi yeyib gəlmişəm. Əsəd Rzayev ustadıydı. Mənə sənəti kamil öyrətdi. Dastanları öyrənməyimi xususi tələb edirdi. Deyərdi ki, aşığın dastanları bilməsi çox vacibdi. Nə qədər imkanın var, öyrən, toylara getsən, səndən dastan istəyəcəklər. Mən də xeyli dastan öyrəndim. Ustadımla, eləcə də ustad aşıqlarla toylarda çox olmuşam. Aşıq Əsəddən sonra toylara tək getmişəm. Öyrəndiklərim dastanları danışmışam, havaları oxumuşam.
Toylarda aşıq Şəmşirlə, aşıq Pənahla, aşıq Şakirlə, aşıq Məmmədağayla, aşıq Sadıq Sultanovla bir yerdə çox olmuşam. Allah hamısına rəhmət eləsin. Göyçəli aşıq Müseyibi də yaxşı xatırlayıram. «Ay qaragöz balamı» rəhmətlik elə oxudu getdi ki, tarix yaratdı. Ustadımdan Dədə Ələsgəri xəbər alardım, həmişə Aşıq Əsəd maraqlı söhbətlər edərdi. Bir dəfə Dəli Alının toyunda iştirak etməklərindən danışdı. İnanın, nələr varıydı Əsəddə. Sinəsi söz-söhbətlə doluydu. Ələsgər yadigarıydı, ay oğul. Bir də ən çox xatırladığı, haqqında danışdıgı adam öz atası idi. Deyirdi ki, dədəm çox zəhmətkeş adam olub. Həyət-bacada bir an belə bekar qalmazdı. Özü də Ələsgərlə yaxın dost idilər. Yanına da gəlib-gedənlər çox olurdu. Çox vaxt da kişi həyətdə odun yarırdi. Yanına gələnlər deyərdilər ki, a kişi maşallah bu qədər oğul-uşağın var, gəl gedək çay içək,söhbətləşək, odunu da oglanların yarar. Rəhmətlik deyərdi ki, ay kişilər, mənim oğlanlarım mənə baxıb tərbiyə götürür. Mən zəhmətkeş olmasam, onlar da mənə çəkəcək. Gözümü açandan iş, zəhmət görmüşəm. Hazır qoy oğlanlarım belə böyüsün - deyirdi rəhmətlik aşıq Əsəd .
- Mikayil Azaflıyla eyni vaxtda Əsədə şəyird olmuşuq,sözünə davam edir.Azaflı gözəl sənətkarıydı, gözəl də şair idi. Bu gün rəhmətliyin bütün külliyatı məndədi. Eh ay bala, rəhmətliklər dəryaydı, -deyib yenədə kövrəldi.
Dedim Azaflıdan danışdıq, bəlkə söhbətimizi Azaflının bir havasıyla davam etdirək? Çovdaroğlu sazı köynəkdən çıxartdı.Söylədiki çoxdandır oxumuram,səsimidə itirmişəm.Cavanlıqımda kı,səsimin üçdə biri qalıbsa böyük şeydir.
Azaflı dübeytisini səsləndirdi. Otaqda gözəl ab-hava varıydı. Aşıq Məhəmmədin nəvəsi Ilkin isə sazın səsinə uymuşdu.Bu yaşda səsə bax, Allah – deyən Mikayıl müəllimin gözləri doldu.İfadan sonra etiraf etmək lazımdır kı,Çovdaroglu Məhəmməd təvazökar insandı.Çunkı bu yaşda həm səsi,həmdə ifası çox qədimdir. Havadan sonra Qaraçıoğlu Aşıq İbrahimin gözəl sənətkar oldugundan danışdı. Yusif Azaflı, Qaraçıoğlu Aşıq Paşa, Qaraçıoğlu İbrahimin şəyirdləri olub – dedi.
Yeridi deyim ki, mənim öz yerində, yurdunda gedib ilk görüşdüyüm ustad aşıq Goranboylu Qaraçıoğlu Aşıq Paşa idi. Bu haqda oxucularımın məlumatı var.
Aşıq Talıb rəhmətlik də bu kənddə, Tovuzda çox olub,yenədə yaddaşını çözələyir.Bir də ki, yaşım da az deyil.1921-ci il təvəllüdüyəm. Bildiklərimin çoxu da yadımdan çıxıb. Ay bala, bayaqdan birini qurtarmamış birini başlayıram. Vallah beynimdə о qədər söz-söhbət var ki, bilmirəm hansı birini danışım. Bir də ki, xeyli vaxtdır belə bir şirin söhbət eləmirdim. Rəhmətlik Azaflı Mikayıl demişkən:
Gəncliyimi apardınız
Keçən günlər, keçən günlər
Ürəyimi qopardınız
Keçən günlər, keçən günlər
Bir dəfəlik getdi gəlməz,
Cavanlığım itdi gəlməz.
Dövranları bitdi gəlməz
Keçən günlər, keçən günlər
Qəddim oldu sual kimi
Dağlar aşdım qartal kimi.
Azaflıya xəyal kimi
Keçən günlər, keçə günlər.
- Doğrudan da keçən günlərin yaşanan illərin öz ləzzəti var. Yan-уörəm ustad aşıqlarıydı, indi rəhmətliklər hanı? çoxu da tez getdi dünyadan. Amma о günlərin şirinliyi həmişə xoş xatirədi. Nə yaxşı ki, о illərdə yaşamişam, — deyir.
Məhəmməd Çovdaroğlunun evində 2 sazı var. Biri lap köhnə sazdı, biri də 15 ilin. Biri elə ustadımın vaxtından qalandı, -dedi. Bu sazın üstünü ona görə bəzəmişəm ki, о vaxtlar sazı bəzəmək dəbiydi. Çox aşıqların sazı belə bəzəkli olub. Bu sazın canağındakılar da qızıldı, о vaxtlar hədiyyə vermişdilər. Mənim şəyirdlərim də çox olub. Ozüm ustad şilləsi yediyim kimi şəyirdlərim də ustad şilləsi yeyib. Amma hamısı dünyalarını dəyişib. Allah о dünyalarını versin.
Çopur Ələsgərlə də toylarda çox olmuşam. Rəhmətlik Əkbər əvvəllər balabançıydı, sonradan sazı öyrəndi. Hələ balaban çalan vaxtlardan bizimlə toylara gedərdi. Sazı öyrənəndən sonra da birlikdə toylarda çox olduq. İmranıydı, Əkbəriydi. Hər ikisi bənzərsiz idilər. Çətin, indən belə İmran, Əkbər, Müseyib doğula. İndi nədənsə belə aşıqlara rast gəlmirəm. Bir-iki hava bilmək aşıqlıq deyil. Rəhmətlik Xanların yaradıcılığına fikir verin. Ömrünün sonuna kimi öyrəndi. Amma indiki gənclər birini bilir, beşini də öyrənmək istəmir. Eh, deyirəm gənclərin xətırlərinə dəyir. Rəhmətlik Xan Şuşinskiylə konsert salonlarında, filarmoniyada tez-tez gorüşərdik. Filarmoniyada festivallarda tez-tez iştirak edərdim. Borçalı aşıqlarından Aşıq Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı Kamandarla, Əmrahla, Hüseyn Saraclıyla çıxışlarım çox olub. Kamandarın «tarda birdi, sazda birdi» oxuduğu gəraylini mən yazmişam. Kamandara qulaq asanda unuduram ki, sözlərin müəllifi mənəm. Ona görə ki, Kamandar bu sozü çox gözəl oxuyub. Xındı Məmmədi lap yaxşı xatırlayıram. Doğrudan da ona Borçalı bülbülü adı layiqdi. O, çox qüvvətli aşıq idi. Ay bala, yaman kövrəltdin məni. Hərdən rəhmətliklər yuxularıma da gəlirlər. Görünür ya mən onlar üçün darıxmışam, yada onlar mənimçün.
О vaxtlar plastinkam çıxmışdı. Radioda çox oxumuşam. Azərbaycan televiziyasının çəkilişlərində çox olmuşam. Hal-hazırda уеnə Azərbaycan televiziyası, radiosu yaxşı aşıq verilişləri verir, sağ olsunlar. Siz də sağ olun, ay bala, qarda, boranda gəlmisiniz, yada salmısınız dedi.
Mən də öz növbəmdə borcumdu, -dedim
Ustad aşıqla çox mətləblər üstə gəldik. Söz bizləri gah dağa, gah arana apardı.Aşıq sənətimizin canlı tarixiynən, keçmişə qayıda bildik. Bu boyük sənətin tarixinə işıq tutduğu üçün ustada can sağlığı arzuladım.
Uzun müddətdi ki, simlərin həsrətində olan barmaqları «Mansırı», «Dilqəmi», «Ruhani», «Bəhməni» kimi ürfan havaların üstə bir də gəzişdi. Doğrudan da bizə bir daha bir tarix yaşatdı. Canlı oxumasından, söhbətlərindən zövq aldım, ifalarını, lentə aldım. Aşıqla bu gorüsümü Azərbaycan radiosunun «Xalq yaradıcılığı» redaksiyasından dinləyicilərimizə təqdim edəcəm.
Söhbətə ustadı aşıq Əsəd Rzayevdən başladığı kimi, söhbətini ustadının sözüylə sona yetirdi. «Dost dostundan kənar olmaz, mərdiməzar olmasa» deyib sozünü beləcə tamamladı.
Amma yaxşı bilirəm ki, demədiyi, danişmadığı çox mətləblər qaldı. Onun sinəsində toxunulmamış xəzinələr yatır.Çox mətləblərə birdə ona görə gəlib çıxa bilmədim ki, bəlkə də buna böyük səbəb mənim hələ ki, tədqiqatçı təcrübəsizliyim oldu.
Sağlıqlar olsun.
Savalan Talıblı
Azərbaycan radiosunun
əməkdaşı, jurnalist
Açar sözlər:
Dilimiz tariximizin şəhadətidir
Bir daha İrəvan toponiminin tarixi haqda
Bu gün hayların yaşadığı coğrafi ərazi heç vaxt erməniyə aid olmayıb. Bu ərazilər tarix boyu türk yurdu kimi tanınıb və qəbul edilib. Bunu deməklə əslində kiməsə tarix dərsi keçmək fikrində deyiləm. Sadəcə olaraq tarix bunu sübut edir, edib, edəcək. İrəvanın tarixi və bölgədəki yer-yurd adları, bu yerlərin aborigen əhalisi azər, türk boyları ərazinin erməniyə heç bir aidiyyatı olmadığını sübut edir. İrəvan -indi olub Yerevan, bütün qədim türkün yaşadığı ərazi də Ermənistan. Dənizdən-dənizə böyük Ermənistan xülyasına düşən erməni bəlkə də böyük türkün şanlı tarixindən xəbərsiz deyil. Amma erməni məkri, hiyləsi artıq uzun müddətdir ki, torpaqlarımızın erməniləşdirilməsi siyasətini özünə məqsəd tutub. Zaman-zaman İrəvandakı yer-yurd, kənd, çay adları erməniləşdirildi.
Bu azmış kimi, erməni alimləri indi də ümumən Azərbaycan dilini şübhə altına almağa çalışır, Azər etnosunun fars mənşəli olduğunu sübut etməyə cəhd göstərirlər. Professor Firudin Cəlilov bu məsələyə aydınlıq gətirdik
Belə yazıların müəllifləri peşəkar alimlər deyil. Əgər içərilərində professionallar varsa, bunlar da siyasi sifarişlə işləyənlərdi. Azər etnosunun farsa dəxli yoxdur, ona görə ki, farsların ulu əcdadlarının bugünkü İrana, fars körfəzi ətrafına gəlmə tarixi bəllidir. Bunu iranşünaslar da, dünya elmi də qəbul edir. Heç kim də, bunun əksinə getmir. İran dilli tayfalar bu ərazilərə ən tezi miladdan öncə 9-8-ci əsrdə gəliblər. Amma Azər sözünün Güney Azərbaycanda, Assur qaynaqlarında, yazılı qeydə alınması bir neçə əsr qabaqdır. Təkcə bu fakt, xronoloyi sistem baxımdan onu göstərir ki, Azər sözü irandilli ola bilməz. Digər maraqlı bir fakt da budur ki, hətta Qurani-Kərimdə İbrahim Peyğəmbərin atasının adı Azər kimi verilib. İbrahim Peyğəmbərin də Güney Azərbaycandan hicrət etməsi haqqında tarixi qaynaqlarda bilgilər var.
zər sözünün başqa dillərə aid olmasını sübut eləyəsi bircə dəlil də yoxdur. Onu da demək lazımdır ki, başqa dillərdə türk sözlərindən geniş istifadə edilir. Bu gün ingilis dilində "yogurt" sözü işlənir. Bu ingilis sözü deyil. Bu bizim doğma sözümüzdür. Vaxtı ilə ingilislərin dilinə keçib.
Əsərlərinizdə qeyd edirsiniz ki, İrəvan, İrəvan ətrafı bölgələrin əhalisi əsasən Azərilər olub. Bu iddianın arxasında hansı elmi dəlillər dayanır?
Adətən İrəvan sözünü, Rəvanqulu xanın adıyla bağlayırlar. Rəvanqulu xandan 2 min il əvvəl bu şəhər mövcud idi. İrəvan sözündən başlayım. İrəvan sözü qədim türkcədədir. Amma şəkilçisi türkcə deyil. Ona görə ki, o şəhəri salanlar türk ölkəsində salıblar, amma bu şəhəri salanlar urartululardı. Miladdan öncə 8-ci əsrdə urartulular Araz çayını keçib, Güneydən gəlib İrəvan çuxuru adlanan ərazini zəbt ediblər. Daşların üzərində yazılar qoyublar ki, biz bu düşmən ölkəsini zəbt elədik. Düşmən ölkəsinin də adını Az- ölkəsi kimi verirlər. Yəni Az tayfalarının ölkəsini düşmən ölkəsi hesab edirlər, bu düşmən ölkəsinə gəlib bir neçə qalalar da tikirlər. Bu qalalar sonralar şəhərlərə çevrilir. Məsələn, indiki Artaşatın yerində Argiştixilini şəhərini salırlar. İndiki İrəvan şəhərinin yerində İripuni şəhərini salırlar. Bu qalaları salanlar bayaq dediyim kimi urartulular idi. Argişti urartuluların şəhərinin adıdır. O vaxt yerli tayfaların dilində İripuni "ər evi, əsgərlər evi" anlamına gəlib çıxır. İrəvan çuxurunun tarixinə nəzər salanda görürük ki, Azəri türklərinin ulu babaları ən qədim vaxtlardan burada yaşayıblar.
rəvan çuxuru adına gəldikdə isə, buna bəzən çuxur-oba, çuxur-sədd də deyiblər. Hətta Urartu qaynaqlarında Quarliki kimi qeyd edilir. Quarliki, çuxur oba, çuxur sədd anlamındadır. Erməni yazılarında bu ərazinin adı çuxur-sakat gedir. Sakat da qədim sak tayfalarının adıyla bağlıdır. Ən maraqlısı da odur ki, arxeoloyi qazıntılar zamanı Yesseyan və Poqrebov adlı arxeoloqlar skif, sak, mədəniyyətinin izlərini arayıb və onun xəritəsini veriblər. Bu arxeoloqların verdiyi xəritə miladdan öncə 7-6-5 əsrləri əhatə edən dövrdə Sak arxeoloyi mədəniyyətini göstərən xəritədi. Bu xəritədəki nöqtələrin hamısı Dədə-Qorqud boylarında adı gedən coğrafi ərazilərin adını əhatə edir. Bu, onu göstərir ki, Dədə Qorqud oğuznamələri o vaxt həmin bu oğuz tayfaları olan sakların içində yaranıb və bu dövlətin mərkəzi Göyçə gölü ətrafındadı, ancaq sərhədləri genişdir: Borçalıdan, Axıskaya, Azərbaycanın Şərq bölgələrindən, Urmiya gölünə qədər. İndi bu ərazilər, təkcə Sakların yaşadıqları ərazilər yox, bütöv Azərbaycanın ərazisi kiçildilib.
Firudin müəllim, siz Göyçədəki "Bəlgə" daşı deyilən abidənin üzərindəki qədim yazını oxumusunuz; nədən xəbər verir o mətn?
"Azər xalqı" kitabının axırıncı nəşrində bu haqda məlumat vermişəm. Azərbaycanda yazı nümunələri damğalardan başlayır. Bu damğalar təkcə Azərbaycana deyil, bütün türk etnosuna aiddir. İlk yazı nümunələri damğalardan başlayır, sonra isə yazıya çevrilir. Müəyyən dövrlərdə Azərbaycanda müxtəlif əlifbalar işlənib. Bunun qalıqları indi də tapılır. Hətta Aramey əlifbasına, yunan əlifbasına, Qobustanda latın əlifbasına, hətta mixi yazılara da rast gəlmək olur. Amma yenə deyirəm, yazı nümunələrimizin - ən qədimi damğalardı. Bu yazılar-damğalar o vaxtlar orta Asiyaya qədər yayılıb. Azərbaycanda bu yazıların bərk cism üzərində yazılmış nümunələri çoxdur. Bir də var runik yazılar. Runik yazıları bu günə qədər yaşadan bizim xalçalarımızdı. Xalçalarda runik yazıların kolleksiyası öz əksini tapır. Azərbaycan ərazisində qədim yazıları işləyərkən əlimə Aramey hərfləri ilə yazılmış bir-iki bilgi keçdi. Sonra bunun haqqında çox yazılar oxudum. Daş üstəki yazıları Əlisa Şükürov da, rəhmətlik Həmzə Vəli də, digər alimlər də oxuya bilmişdilər. Hamı bunun Aramey əlifbasında yazıldığını etiraf edir. Doğrudan da bu hərflər Aramey əlifbasının hərfləridi. Aramey əlifbası da Azərbaycanda bir müddət işlənib. Hətta əhəmənilər dövlət quranda ilk yüz il ərzində hakim dil Aramey dili olub.
əni bu Aramey dili saray dili idi. Bütün regionda da yayılmışdı. Bu yazını o zaman Ərməniyyə kimi təsniflənən coğrafi ərazidə ilk dövlət quran Artaşest adlı şəxsin adı ilə bağlayırlar (haylar bu ölkəyə sonradan gəldilər - red.). Artaşest Selevki dövlətinin canişinlərindən biri idi. O vaxt Selevki sülaləsi məğlub olub dağılanda Artaşest özünü müstəqil dövlətin çarı kimi elan elədi. Qədim yazılar isə Göyçənin iki kəndindən tapılıb. O yazılar Artaşestin mərz daşlarının, yəni sərhəd daşlarının üzərindəki yazılardı. Bu daşlardan biri 1906-cı ildə, digəri isə 1932-ci ildə tapılıb. Bu yazıları alimlər zaman-zaman oxumaq istəyiblər. Aramey əlifbasında tapılan bu yazı Artaşestin dövründən qalma yazı olduğu üçün ilk cümlədə də, Artaşestin adı gedir. Yunan deyim formasında, Artaxşose. Bu yazının Aramey əlifbası olması, daşın Artaşest dövründən qalması qəbul olunur. Amma bu yazını oxumaq mümkün olmayıb. Çünki, ermənilər, fars yozsalar da heç bir məna verməyib. Alimlər etiraf edir ki, bu Aramey əlifbasıyla yazılmış bir yazıdır, amma dili bəlli deyil. Bu yazı nə erməni, nə fars, hətta Aramey dilində heç bir məna vermədi. Bəzi alimlər də deyir ki, guya yerli tayfaların birinin dilində yazılıb. Ancaq heç kimin ağlına gəlməyib ki, bu Göyçə ətrafında tapılıb, ona görə də bunu türkcə oxumaq lazımdır. Bu yazını mən oxuyanda gördüm ki, çox aydın şəkildə yazılıb. Bu Artaşest məliyin mərz daşıdı. Aramey hərfləriylə belə yazılıb: "Artaşaxse Məliy biləyi Yeritir, bunda Qonğuldu". Bu isə təmiz qədim türkcə danışıq dilidi. Özü də çox anlaşıqlı bir dildi.
Savalan Talıblı
Azərbaycan Radiosu "Xalq yaradıcılığı" redaksiyasının əməkdaşı

Yazar: Azerbaycanim | Tarix: Fevral 18, 2008 23:42 | Qərbi Azərbaycan |
Şərhlər(0) | Baxış sayı: 116
Parlamentin bugünkü iclasında bir sıra deputatlar hazırda Ermənistan Respublikasının ərazisi kimi tanınan qərbi Azərbaycan torpaqlarına beynəlxalq səviyyədə iddia qaldırmağı təklif ediblər. Onlar təklifi verərkən prezident İlham Əliyevin bu yaxınlarda Ağdamda söylədiyi nitqdən çıxış ediblər. Həmin nitqində İ.Əliyev İrəvan şəhəri də daxil olmaqla hazırkı Ermənistanın bəzi ərizilərinin Azərbaycan ərazisi olduğunu, amma Xalq Cümhuriyyəti dövründə yol verilmiş səhv ucbatından Ermənistana bağışlandığını söyləmişdi.
Qərbi Azərbaycan torpaqlarına beynəlxalq səviyyədə iddia qaldırmaq təklifini ilk olaraq YAP icra katibinin müavini Siyavuş Novruzov irəli sürüb. Digər deputatlar, o cümlədən YAP-ın icra katibi Əli Əhmədov, YAP Siyasi Şurasının üzvü Yaqub Mahmudov, Anna Vətən Partiyasının sədr müavini Zahid Oruc təklifi dəstəkləyib.
Milli Məclisin sədri Oqtay Əsədov da bu deputatlarla həmrəy olduğunu vurğulayıb.
Nəticədə həm bu məsələ ilə bağlı, həm də ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi əməllərin, ərazi iddialarının cavablandırılması üçün komissiya yaratmaq qərara alınıb. Komissiyaya Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov rəhbərlik edəcək.
Açar sözlər:
“Qərbi Azərbaycan abidələri”
Bu kitabın təqdimat mərasimində deyildi ki, Ermənistanda soyqırımına məruz qalan abidələrimiz haqqında yazılan belə sanballı nəşrlərə hər zaman ehtiyac var
Dünən Muzeylər Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə beş dildə nəşr edilən “Qərbi Azərbaycan abidələri” kitabının təqdimat mərasimi keçirildi. Məlumat üçün qeyd edək ki, ötən il kitabın Azərbaycan dilində nəşrinin təqdimatı keçiriləndə Mədəniyyət və Turizm Nazirliyi həqiqətlərimizin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün onun bir çox dillərdə nəşr olunmasının zəruriliyini bildirmişdi. Kitabda qədim Türk-Oğuz yurdu olan Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki Azərbaycan xalqına məxsus maddi- mədəniyyət abidələri haqqında məlumat verilib.
Mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın tarixi, xalqımızın başına faciələrin, bəlaların gətirilməsi haqqında dolğun məlumat verdi. Tarixi faktlar təsdiqləyir ki, azərbaycanlılar və türklər müxtəlif dövrlərdə ermənilərin soyqırımı və deportasiya siyasətinə məruz qalıb. “Böyük Ermənistan” iddiasında olan erməni millətçiləri havadarlarının dəstəyi ilə Azərbaycan xalqının başına müsibətlər gətirmiş, faciələr törətmişlər. Lakin daşnaklar tarixi saxtalaşdırmaqla dünya ictimaiyyətini yalanlarına inandırmaq yolunu tutmuş, buna qismən də olsa nail olmuşdular. Təbii ki, bu, Azərbaycan diasporunun, ideoloji təbliğatımızın zəif olmasından irəli gəlirdi. 20 faiz torpağı işğal altında qalan, bir milyondan artıq soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan tərəfi olduğu halda ermənilər lobbi və diasporlarının gücü sayəsində beynəlxalq aləmdə Azərbaycan haqqında işğalçı dövlət imici yaratmağa çalışmışlar.
Etiraf etmək lazımdır ki, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başımıza gətirilən faciələrə siyasi qiymət verilmişdir. Kitabın girişində ümummilli liderimizin həqiqəti özündə əks etdirən bu fikri qeyd olunub- “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən- min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.” Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanına əsasən 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması bir daha keçmişə nəzər salmağa, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmağa imkan yaratdı.
Natiq bu günlərdə Bakıda keçirilən Dünya Azərbaycan və Türk diaspor rəhbərlərinin I Forumundan bəhs edərək, Prezident İlham Əliyevin bu fikrini diqqətə çatdırdı: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyincə Qərbi Azərbaycan torpaqlarının aqibəti məlum olmayacaq.”
Nazir vurğuladı ki, Azərbaycanlıların soyqırımı günü ərəfəsində toplaşmaqla bir daha bu fikri dəstəkləyir, tarixi elmi əsaslarla sübut edir, dünya ictimaiyyətini erməni yalanlarını ifşa etməyə çağırırıq.
Ə.Qarayev ötən il YAP Siyasi Şurasının və Qaçqın və Məcburi köçkünlərlə İş üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə “Qərbi Azərbaycan abidələri” kitabının Azərbaycan dilində nəşrinin təqdimatından bəhs edərək, bildirdi ki, həmin dövrdə yeni yaradılmış Mədəniyyət və Turizm Nazirliyi bu kitabın müxtəlif dillərdə nəşr edilməsinin vacibliyini önə çəkdi. Bu gün həmin kitab beş- Azərbaycan, rus, fransız, ingilis, alman dillərində çap olunub. Bu addımın atılması bir daha sübut edir ki, İrəvan xanlığı, Qərbi Azərbaycan, müxtəlif mahallar məhz Azərbaycan xalqına məxsusdur, Azərbaycan tarixi bu torpaqlarla bilavasitə bağlıdır və bu tarix bizdən ayrılmazdır. Kitabın yeni nəşrinə xeyli təzə materiallar daxildir. 180-ə qədər tarixi abidə haqqında məlumat var. Ə.Qarayev kitabın müəllifi Əziz Ələkbərlini, redaktorlarını, məsləhətçilərini, rəyçiləri, bütün Azərbaycan ictimaiyyətini təqdimat münasibətilə təbrik etdi.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək, Azərbaycanın 1993-cü ildən bəri diplomatiya sahəsində qazandığı uğurlardan danışdı. Bildirdi ki, ermənilər diasporlarının gücü sayəsində beynəlxalq aləmdə özləri barədə “yazıq, məzlum, əzilən və döyülən”, azərbaycanlılar, türklər haqqında isə “zalım” millət, xalq imici formalaşdırmaq üçün cəhdlər göstərmişlər. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ətrafında mövcud olan informasiya blokadası yarıldı, dünya həqiqəti olduğu kimi qəbul etməyə başladı. Ermənilərin ic üzü beynəlxalq ictimaiyyətə açıqlandı. Ə.Həsənov ölkəmizin bütün sahələrdə inkişaf yolunda olduğunu qeyd edərək, mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu önə çəkdi. Bildirdi ki, Azərbaycanın siyasi, iqtisadi, diplomatiya sahəsində uğurları bu problemimizin həllinə böyük zəmin yaradır.
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, professor Nizami Cəfərov, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Əliyev, akademik, AMEA-nın Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov, filologiya elmləri doktoru, professor Həsən Mirzəyev çıxış edərək, bildirdilər ki, “Qərbi Azərbaycan abidələri” indiki Ermənistan ərazisində qalan maddi- mədəniyyət nümunələrimizdən xəbər verən dəyərli bir kitabdır. Dünya bilməlidir ki, Ermənistan ərazisində yerləşən və bu gün dünya ictimaiyyətinə “qədim erməni abidələri” kimi təqdim olunan bütün yeraltı və yerüstü maddi- mədəniyyət nümunələri Azərbaycan xalqına məxsusdur. Vurğulandı ki, Azərbaycan həqiqətlərini özündə əks etdirən bu kimi kitabların nəşrinə böyük ehtiyac var.
Tədbirdə Misir, Belarus, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstan və digər ölkələri Azərbaycanda təmsil edən fövqəladə və səlahiyyətli səfirlər də iştirak edirdilər.
Sonda Azərbaycanın tarixi mədəni irsinə daxil olan Qərbi Azərbaycan abidələrini əks etdirən foto və eksponatlardan ibarət sərginin açılışı oldu.
Açar sözlər:
Yazar: Azerbaycanim | Tarix: Fevral 12, 2008 10:34 | Qərbi Azərbaycan |
Şərhlər(0) | Baxış sayı: 128
Gerçək adı; Ronaldo de Assis Moreira amma kimiləri Ronaldinho Gaúcho olaraq tanıyır ya da bütün Dünyanın bildiyi adıyla sadəcə Ronaldinho.. Brazilyanın ana dili olan Portuqalca Ronaldinho kəliməsi “kiçik Ronaldo” anlamına gelir. Kiçikikən Interdə top qovan və pərəstişkarı olduğu Ronaldo səbəbiylə Ronaldo de Assis Moreiraya bu ad verilmişdir. Ronaldinho 21 Mart 1980-ci ildə Brazilyanın Porto Alegro şəhrində, kasıb bir ailədə doğulub. 2005-ci ildə “Avropada İlin Futbolcusu” olan Ronaldinho, 2004-cü ildədə “FIFA Dünyada İlin Futbolcusu” mükafatını qazandı. Ancaq buralara gəlmək bu qədər də asan olmayıb. Əvvəllər bir futbolçu olan ancaq daha sonra ailəsini dolandırmaq üçün Gremio Football Portoalegrensedə avtomobil dayanacağını idarə edən atası Joao Da Silva Moreira, çimdiyi hovuzda boğularaq həyata gözlərini yumdu. Ronaldinho 8 yaşında idi. Menecer olan qardaşı Assis futboldan qazandığı pul ile ailəni dolandırmağa çalışırdı. Ronaldinho, kasıbçılığın yaşandığı Rio Grande do Sulda ilk əvvəl çimərlik futboluna addım atdı. Ronaldinhonun qardaşı Assis, kiçik qardaşının topla nələr edə biləcəyini bildiyi vaxtda geridə qoyduğu illərdə qazandığı təcrübə ilə Ronaldinhonun meneceri olmağa qərar verdi. Assisin bu qərarı və kiçik yaşda insanların rəğbətini qazana bilən Ronaldinhonun bacarığı, yaxşı iş birliyinin və sərvətin qapılarını aralayan ilk addım oldu. Qısa bir vaxtda ortaya qoyduğu oyunu ilə Brazilya 17 yaşlıları çimərlik futbolu milli komandasına, U17yə seçildi. 1998-ci ildə sadəcə 4 oyuna çıxan və qol vura bilməyən gənç yetənək, bir il sonra qumun havasını üzərindən atıb, yaşıl meydançada oynamağa başladığında, çıxdığı 17 oyunda atdığı qollar və verdiyi paslarla şəhərinin komandasını qürurlandırmağa başladı. İkinci ilində 5, üçüncü ilində də 8 qol vuran Ronaldinho, bu ilin Brazilyadakı son ili olduğunu bilmirdi.1999-cu ildə Wanderley Luxemburgonun meşqiçilik etdiyi milli komandaya çağırılan Ronaldinho eyni il, 26 İyunda, ulduzların daşıdığı samba formasını geyindi və ilk beynəlxalq golunu Venesuellaya vurdu. Qısa vaxtda Cənubi Amerikanın məhşur futbolcuları Ronaldinhonun nə qədər bacarıqlı bir futbolcu olduğunu Avropadakı kulubların menecerlərinə söyləməyə başldılar.Ilk təklif Leeds United klubundan, sonrakı təklif PSV Eindhoven gəldi. Lakin Gremio klubu Ronaldinhonun başqa kluba keçməsinə razı deyildi. Buna baxmayaraq üçüncü qapını döyən Fransanın Paris Saint German klubu Ronaldinhonun bu komandaya keçməsinə nail oldu. Bundan sonra Barcelona 27 milyon Euro qarşılığında, Brazilyanın yaxın zamanda Dünya futboluna damgasını vurması gözlənilən ulduz futbolçu Ronaldinhonu rəsmən Kataloniyanın rəngləring bağladığını 19 Iyul 2003-cü ildə duyurdu.. 

Açar sözlər:
Biliyorum sen de seviyorsun beni. Gözlerinden okunuyor, uyku gibi, yağmur gibi, duman gibi aşk dökülüyor gözlerinden. Beni sevmediğini söylerken dudaklarının kıvrımında öyle bir işaret görüyorum ki sevdiğini söylüyor. Elini tutuyorum, elimi iterken elin, yanarak titriyor. Biliyorum sen de seviyorsun beni. Bazen hiç ses vermiyorum sana, beni çağırıyorsun, adımı sesleniyorsun, yüreğin beni arıyor. Uzaklara giderken beni de alıp götürüyorsun, yoksa bu kadar çınlar mıydı kulaklarım ?. Akşam yıldızına bakarken ben geçiyorum aklından, yıldız birden ışığa kesiyor. Beklenmedik bir zamanda, umulmadık bir yerde ansızın karşıma çıkıyorsun, gözlerimiz karşılaşınca yüzünü çeviriyorsun. Benim yanaklarım alev alev..senin dudakların nar çiçeği.. bir rüzgar esiyor aramızdan görmezden geliyorsun. En yaşanacak zamanda saatler boşa akıyor, çileler sarıyorsun. Sevgilim, benim nazlı sevgilim.. Neden bu cefa ? Neden susuyorsun? Aramızda niçin bu kadar insan, neden bu kadar engel koyuyorsun ? Sevgilim her şey bahane.. bütün söylediklerin.. Kelebek kanadı kadar ince, yağmur damlası kadar temiz bir aşk bu.. Korkmana, kaçmana gerek yok. Sevgilim, biliyorum sen de seviyorsun beni, itiraf etmiyorsun.
Açar sözlər:
Salam eziz Istifadeciler. Sizden xahisim QERBI AZERBAYCAN haqqinda melumat vermekdi.Elimde yeterli melumat yoxdur.sizden xahisim mene yardimci olub bir azda olsa QERBI AZERBAYCAN haqqinda millete xeber vermeliyik ki Irevan xanliqi daha evvelerden bizim olub bu da danilmazdi. QERBI AZERBAYCAN in igid ovladlarindan yardim isteyirem gelin bir yumruq altinda birlesek. sizi gozleyirem.
Açar sözlər:
Arcut -İrəvan quberniyasının Loru-Pəmbək qəzasındı, indi Quqark rayonunda kənd. Kirovakan şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xaritəsində Arçut kimi qeyd edilmişdir (348, s.21). Kənddə 1831-ci ildə 137, 1873-cü ildə 357, 1886-cı ildə 477, 1897-ci ildə 574, 1914-cü ildə 759 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). Kəndin sakinləri 1918-ci ildə erməni təcavüzünə mə’ruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə 697, 1926-cı ildə 820, 1931-ci ildə 886 (415, s.51, 131), 1939-ci ildə 1052, 1959-cu ildə 1295, 1970-ci ildə 2009, 1979-cu ildə 2172 nəfər (427, s.484) azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabrında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşdur. İndi kənddə ermənilər məskunlaşıb.
Toponim artuç (ardıc -İ.B.) bitki adı (299, s.57) əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir.

Yazar: Azerbaycanim | Tarix: Yanvar 16, 2008 23:43 | Qərbi Azərbaycan |
Şərhlər(1) | Baxış sayı: 114